İdman
"Sabah"ın baş məşqçisi Bakıdakı cavab oyunu barədə DANIŞDI
"İnanıram ki, biz keçən həftə etdiyimiz səhvlərdən dərs çıxarmışıq". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib. * Ardıcıl beş oyunda qol vuran Simiç: "Komandaya töhfə vermək istəyirəm" * "Hapoel Beer-Şeva"nın baş məşqçisi: "Sabah" çox yaxşı komandadır" * İsrail klubunun qapıçısı Bakıdakı oyunla bağlı DANIŞDI O bildirib ki, komanda bir top fərqi ilə geridə olsa da, sabahkı oyuna tam hazırdır və nəticəni dəyişmək istəyir: "Mən əminəm ki, komandam bu nəticəni dəyişəcək. Tofiq Bəhramov adına Respublika stadionunda böyük izdiham olacağını gözləyirik. Bizim üçün meydan fərq etmir. "Qarabağ"a qarşı burada çox oyun keçirmişik. Bu stadion bizim üçün tanışdır. Stadion amilinin bizə təsir edəcəyini gözləmirəm". Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel Beer-Şeva" matçı saat 20:45-də başlayacaq. Xatırladaq ki, komandalar arasında İsraildə keçirilən ilk qarşılaşma "Hapoel Beer-Şeva"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə
oxu.az