Kriminal

Minik və yük avtomobilləri toqquşdu: sürücü öldü

24 Aug 2026, 22:53 3 baxış
Minik və yük avtomobilləri toqquşdu: sürücü öldü

Beyləqanda ölümlə nəticələnən qəza baş verib.


Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza Bakı-Beyləqan avtomobil yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "MAN" markalı TIR "Hunday" markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü 1978-ci il təvəllüdlü Məmmədov Əlzamin Saday oğlu hadisə yerində ölüb.


Faktla bağlı araşdırma başlanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər