Digər

Tokayev Ermənistana səfər edəcək

24 Aug 2026, 20:35 2 baxış
Tokayev Ermənistana səfər edəcək

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev oktyabr ayında Ermənistana səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.


Bildirilib ki, bazar ertəsi günü Ermənistanın Baş naziri Nikol Paşinyan və Tokayev arasında telefon danışığı olub.


Paşinyan Tokayevi Qurultay seçkilərinin keçirilməsi münasibətilə təbrik edib.


Qazaxıstan lideri iki ölkə arasında çoxşaxəli əməkdaşlığın inkişafının vacibliyini qeyd edib. İki lider həmçinin regional nəqliyyat layihələrində əməkdaşlıq potensialı barədə fikir mübadiləsi aparıblar.


Tokayevin oktyabr səfəri zamanı müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib.

Mənbə axar.az

Oxşar Xəbərlər