Digər
Rusiya və Ukrayna əsirləri dəyişdi
Belarusun Qomel vilayətində Rusiya və Ukrayna arasında "10-un 10-a" formatına uyğun olaraq əsir vətəndaşların mübadiləsi baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə əvvəllər əsirlikdə olan 10 Ukrayna vətəndaşının və 10 Rusiya hərbçisinin qarşılıqlı şəkildə vətənlərinə qaytarılması mexanizmi tətbiq olunub.
Mənbə
axar.az