Cəmiyyət
Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb
İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin ilk və yeganə məzunu Nəzrin Seyfəddin qızı Atakişiyeva tələbə adını qazanıb. Oxu.Az xəbər verir ki, Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.
Mənbə
oxu.az