İdman
İsrail klubunun qapıçısı Bakıdakı oyunla bağlı DANIŞDI
"Özümü çox yaxşı və hazır hiss edirəm". Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında "Hapoel Beer-Şeva"nın qapıçısı Ofir Marsiano deyib. O bildirib ki, qarşılaşmanın əhəmiyyəti böyükdür: "Yaxşı hazırlaşmışıq və özümüzə inanırıq. Bilirik ki, meydanda heç nə asan olmayacaq. Biz qələbə qazanacağımıza inanırıq. Düşünürəm ki, oyun bizim üçün yaxşı keçəcək. Biz hər cür çətinliyə hazırıq. Bu mərhələyə qədər gəldiyimiz üçün çox sevinirik. Yolun yarısındayıq. Sabah çox vacib oyun olacaq və bütün fikrimiz bu oyuna yönəlib. Əsas olan oyundan zövq almaqdır. Oyunboyu çəkdiyimiz əziyyətin sonda bəhrəsini görürük. Bizim üçün əsas məqsəd qarşımıza qoyduğumuz hədəfə çatmaqdır". Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel Beer-Şeva" matçı saat 20:45-də başlayacaq. Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə
oxu.az