İqtisadiyyat
Azərbaycan-Özbəkistan əlaqələrinin BÖYÜK HƏDƏFİ: Yeni iqtisadi inteqrasiya modeli - FOTO
"Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ikigünlük dövlət səfəri mühüm siyasi hadisə olmaqla yanaşı, əldə olunmuş razılaşmaların iqtisadi məzmunu və uzunmüddətli təsirləri baxımından xüsusi əhəmiyyət daşıyır". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib.
O bildirib ki, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən imzalanmış Əbədi dostluq haqqında Müqavilə iki ölkə arasındakı münasibətlərin sadəcə siyasi xarakteristikasını ifadə etmir: "Bu sənədin arxasında artıq konkret iqtisadi baza mövcuddur: sürətlə artan qarşılıqlı ticarət, milyardlarla dollar həcmində nəzərdə tutulan investisiya layihələri, Azərbaycan biznesinin Özbəkistanda genişlənən fəaliyyəti, energetika, nəqliyyat və logistika, sənaye, kənd təsərrüfatı, turizm və maliyyə sektorlarında dərinləşən əməkdaşlıq. Ən mühüm məqam isə ondan ibarətdir ki, mövcud göstəricilər bu prosesin hələ ilkin mərhələsində olduğumuzu göstərir. İki ölkə arasında qarşıya qoyulan əsas iqtisadi hədəflərdən biri 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılmasıdır. İlk baxışdan bu rəqəm kifayət qədər iddialı görünə bilər. Lakin son illərin dinamikası göstərir ki, söhbət iqtisadi əsasları olan və real şəkildə əldə edilə biləcək hədəfdən gedir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarətin həcmi 144 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artım deməkdir. Başqa sözlə, iki ölkə arasında iqtisadi yaxınlaşma artıq yalnız siyasi iradə ilə deyil, real iqtisadi göstəricilərlə də təsdiqlənən dayanıqlı tendensiyaya çevrilir". "Ticarətin həcmi qədər onun strukturu da vacibdir. Növbəti mərhələdə əsas vəzifə yalnız ticarət dövriyyəsinin nominal həcmini artırmaq olmamalıdır. Daha mühüm məsələ qarşılıqlı ticarətin keyfiyyətinin və strukturunun dəyişdirilməsidir. Bunun üçün məhsul çeşidinin genişləndirilməsi, yüksək əlavə dəyər yaradan məhsulların payının artırılması, birgə müəssisələrin yaradılması, sənaye kooperasiyasının dərinləşdirilməsi və Azərbaycanla Özbəkistan arasında uzunmüddətli, dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması vacibdir. Məhz bu baxımdan Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi investisiya layihələri xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin hazırkı səfəri çərçivəsində bankçılıq, tikinti, təhsil, yanacaq satışı, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində yeni layihələrin açılışı və icrasına başlanılması iqtisadi əməkdaşlığın artıq yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan biznesi Özbəkistana artıq sadəcə məhsul ixrac edən tərəf deyil. Azərbaycan şirkətləri burada kapital yatırır, infrastruktur qurur, istehsal yaradır, yeni iş yerləri formalaşdırır və Özbəkistan iqtisadiyyatının birbaşa iştirakçısına çevrilirlər. Gips istehsalı zavodu, iki STEAM məktəbi, SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsi, tərkibində gümüş olan filizin emalı layihəsi bu prosesin konkret nümunələridir. Bu model həm də iqtisadi münasibətlərin dayanıqlılığı baxımından əhəmiyyətlidir. Çünki ticarət axınları müxtəlif xarici şokların təsiri altında dəyişə bilər, lakin qarşılıqlı investisiyalar və ortaq istehsal infrastrukturu ölkələr arasında daha uzunmüddətli iqtisadi bağlılıq yaradır", - deputat deyib. Onun sözlərinə görə, birgə investisiya mexanizmi yeni imkanlar açır: "Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının institusional əsaslarından biri də Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətidir. 2023-cü ildə 500 milyon ABŞ dolları kapitalı ilə yaradılmış bu qurum birgə layihələrin maliyyələşdirilməsi üçün əsas investisiya platformalarından birinə çevrilə bilər. Burada söhbət yalnız kapitalın bir layihədən digərinə yönəldilməsindən getmir. Belə bir maliyyə institutu iki ölkənin özəl sektorları arasında risklərin bölüşdürülməsi, yeni layihələrin hazırlanması, birgə müəssisələrin qurulması və üçüncü ölkələrin bazarlarına çıxış üçün də mühüm alət rolunu oynaya bilər". "Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya getdikcə daha çox vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırır. Bu prosesdə Orta Dəhliz strateji əhəmiyyət daşıyır. 2025-ci ildə Özbəkistanla Azərbaycan arasında tranzit daşımalarının həcmi 1.4 milyon ton təşkil edib. 2026-cı ilin birinci yarısında isə müvafiq marşrutlarla artıq 675 min ton yük daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.2 faiz artım deməkdir. Lakin mən hesab edirəm ki, qarşıdakı əsas məqsəd yalnız Orta Dəhliz üzrə daşınan yükün tonlarla ifadə olunan həcmini artırmaq olmamalıdır. Əsas strateji məqsəd nəqliyyat dəhlizini əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməkdir. Logistika mərkəzləri, anbar kompleksləri, qablaşdırma və emal müəssisələri, sığorta, bank və gömrük xidmətləri, rəqəmsal yük izləmə sistemləri, logistika texnologiyaları və sənaye istehsalı dəhliz boyunca yeni iqtisadi fəaliyyət sahələri yarada bilər. Bu baxımdan, tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizin Xəzər dənizi və Cənubi Qafqaz marşrutları ilə əlaqələndirilməsi xüsusi perspektivə malikdir. Belə bir bağlantı yarandıqda Azərbaycan-Özbəkistan tərəfdaşlığının iqtisadi əhəmiyyəti artıq ikitərəfli ticarətin çərçivəsindən çıxacaq. İki ölkə Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında formalaşan yeni ticarət və logistika arxitekturasının mühüm elementlərinə çevriləcək. Bu isə Azərbaycana yalnız tranzit ölkə kimi deyil, regional logistika, istehsal və xidmət mərkəzi kimi çıxış etmək imkanı verir", deyə T.Mirkişili vurğulayıb. Parlament nümayəndəsi əlavə edib ki, Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının ən böyük potensiala malik istiqamətlərindən biri enerji sektorudur: "Azərbaycan, Özbəkistan və Qazaxıstan birlikdə yeni yaşıl enerji dəhlizinin yaradılması üzərində işləyirlər. Layihə üç ölkənin enerji sistemlərinin əlaqələndirilməsini və Mərkəzi Asiyada istehsal olunan bərpaolunan elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Avropa bazarlarına ötürülməsi imkanlarının araşdırılmasını nəzərdə tutur. Əslində, bu, sırf energetika layihəsindən daha böyük geoiqtisadi məna daşıyır. Söhbət Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycanın coğrafi mövqeyi və enerji infrastrukturu vasitəsilə Avropanın formalaşmaqda olan yeni enerji arxitekturasına inteqrasiyasından gedir. Burada tərəflərin iqtisadi üstünlükləri bir-birini tamamlayır. Özbəkistan böyük Günəş və digər bərpaolunan enerji potensialına malikdir. Azərbaycan isə Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən enerji infrastrukturu, coğrafi mövqeyi və uzun illər ərzində formalaşdırdığı enerji tərəfdaşlığı təcrübəsinə sahibdir. Bu sinerji gələcəkdə Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının ən strateji istiqamətlərindən birinə çevrilə bilər. Ənənəvi enerji sektorunda da qarşılıqlı əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin bildirdiyi kimi, neft və qaz yataqlarının birgə kəşfiyyatı ilə bağlı layihələr yekun mərhələyə yaxınlaşır. Kəşfiyyat qazmasının müsbət nəticə verməsi halında artıq növbəti ildən istismar qazmasına başlanması mümkündür. Bu istiqamət də iki ölkənin enerji əməkdaşlığının yalnız ticarət münasibətlərindən ibarət olmadığını, tədricən birgə investisiya və birgə hasilat modelinə keçdiyini göstərir. Bütün bu proseslər bir mühüm nəticəyə gəlməyə əsas verir: Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız yüksək səviyyəli siyasi müttəfiqlik modeli deyil, eyni zamanda genişmiqyaslı iqtisadi layihəyə çevrilir. Bu münasibətlərin yeni mərhələsini fərqləndirən əsas xüsusiyyət də məhz budur. Siyasi etimad iqtisadi layihələrə çevrilir. İqtisadi əlaqələr sadə ticarətdən qarşılıqlı investisiyalara keçir. Nəqliyyat əməkdaşlığı tranzitdən logistika və istehsal zəncirlərinin yaradılmasına doğru genişlənir. Enerji münasibətləri isə ənənəvi neft-qaz əməkdaşlığından yaşıl enerji və Avropa bazarlarına çıxış perspektivinə qədər yeni məzmun qazanır. Məhz buna görə hesab edirəm ki, Azərbaycan-Özbəkistan münasibətlərini qiymətləndirərkən imzalanmış sənədlərin sayından daha çox onların iqtisadi məzmununa, yaradacağı əlavə dəyərə və formalaşdıracağı uzunmüddətli qarşılıqlı asılılığa diqqət yetirmək lazımdır. Əgər mövcud dinamika qorunarsa, 2030-cu il üçün müəyyən edilmiş 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi son məqsəd deyil, daha genişmiqyaslı iqtisadi inteqrasiyanın ilk böyük mərhələsi olacaq. Əsas perspektiv isə Azərbaycan və Özbəkistanın öz iqtisadi potensiallarını birləşdirərək Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz xəttində yeni istehsal, investisiya, enerji və logistika məkanının formalaşdırılmasında aparıcı rol oynamasıdır".

Mənbə
oxu.az