Siyasət

"Qarşıda bizi çox böyük işlər gözləyir" - Mikayıl Cabbarov "Özbəkistan 24"ə müsahibə verdi

24 Aug 2026, 19:30 3 baxış
"Qarşıda bizi çox böyük işlər gözləyir" - Mikayıl Cabbarov "Özbəkistan 24"ə müsahibə verdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Özbəkistan 24" telekanalına müsahibə verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, nazir müsahibəsində Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı sənədin imzalanmasının tərəfdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib. Mikayıl Cabbarov, həmçinin Özbəkistan-Azərbaycan Regionlararası Forumunun uğurla başa çatdığını bildirib. O əlavə edib ki, forum çərçivəsində bir sıra sənədlərin imzalanması iki ölkə arasında mühüm layihələrin icrasına başlanılması və ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Nazir Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "AzerGold" QSC-nin Özbəkistandakı fəaliyyəti ilə bağlı layihələrin əhəmiyyətini, eləcə də bu ölkənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərdiyi qardaş dəstəyini xüsusi vurğulayıb. Mikayıl Cabbarov, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsini qeyd edib. "Qarşıda bizi çox böyük işlər gözləyir. Dövlət başçılarının verdiyi tapşırıqların həyata keçirilməsi üçün bundan sonra da birlikdə fəal şəkildə iş aparılacaq", - deyə M.Cabbarov fikrini yekunlaşdırıb.
"Qarşıda bizi çox böyük işlər gözləyir" - Mikayıl Cabbarov "Özbəkistan 24"ə müsahibə verdi
Mənbə oxu.az

Oxşar Xəbərlər