Maradonanın əllə qol vurduğu top 3.3 milyon dollara satıldı
Əfsanəvi futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında əli ilə qol vurduğu top hərracda 3,3 milyon dollara satılıb.
Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, hərrac ABŞ-da “İrs Hərracları” (“Heritage Auctions”) tərəfindən həyata keçirilib.
Təşkilatçılar topun o qiymətə satılmasından narazı olublar. Onun ən azı 10 milyon dollara satılması gözlənilirdi.
Qeyd edək ki, 1986-cı il Dünya Çempionatın ¼ mərhələsində Dieqo Maradona hava ilə edilən ötürməni əllə qapıya daxil etmiş, hakim də qolu hesaba almışdı. Nəticədə Argentina İngiltərəni 2-1 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanmışdı.
Həmin hadisədən sonra Maradona qolun “Tanrının əli” ilə vurulduğunu bildirmişdi.