İdman
"Qalatasaray" bosniyalı hücumçu üçün təklifini artırdı - FOTO
"Qalatasaray" Almaniyanın "Ştutqart" komandasında çıxış edən hücumçu Ermedin Demiroviçi heyətinə qatmaq üçün transfer danışıqlarını sürətləndirib. Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı hücumçuya formasını geyindirmək məqsədilə etdiyi təklifi 18 milyon avroya qədər artırıb. "Qalatasaray"ın əvvəlki 15 milyon avroluq təklifi "Ştutqart" tərəfindən rədd edilib. Almaniya klubunun danışıqlara ən azı 20 milyon avro civarında məbləğdən başlamaq istədiyi bildirilir. Demiroviç "Qalatasaray" forması geyinməyə olduqca isti yanaşır və onun İstanbulda illik dörd milyon avrodan artıq məvacib qazanma ehtimalı var. Qeyd edək ki, Türkiyə mətbuatı tərəflərin artıq 18 milyon avro qarşılığında ortaq məxrəcə gəldiklərini iddia etsə də, Almaniya mənbələri bu rəqəmin hələ yalnız rəsmi təklif səviyyəsində olduğunu bildirir.
Mənbə
oxu.az