İdman
Tokayev Milli Təhlükəsizlik Komitəsinə sədr təyin etdi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bir sıra kadr təyinatları edib.
Axar.az xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müvafiq fərmanla Yermek Saqimbayev Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib.
Digər fərmanla Timur Suleymenov ölkənin Milli Bankının sədri vəzifəsinə təyin edilib.
Bundan əlavə, Dmitri Malaxov Qazaxıstanın Ali Məhkəmə Şurasının sədri, Artur Lastayev isə insan hüquqları üzrə müvəkkil olub.
Mənbə
axar.az