Cəmiyyət
55 yaşlı dostunu küçəyə çağırıb bıçaqladı
Bakının Suraxanı rayonunda 55 yaşlı kişi bıçaqlanıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib.
1971-ci il təvəllüdlü Naib Təvəkkül oğlu Cəlilov dostu tərəfindən yaşadığı evdən küçəyə çağırılıb. Daha sonra həmin şəxs N.Cəlilova bıçaqla xəsarət yetirib.
Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Mənbə
axar.az