Kriminal
Bərdədə "Prius" 49 yaşlı kişini vurdu, xəstəxanada keçindi
Bərdə rayonunda "Toyota Prius"" qəza törədib. Oxu.Az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü Elmir İnqilab oğlu Türbəndəyev idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsində yolu keçən 1977-ci il təvəllüdlü İlyas Hüseyn oğlu Aslanovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə
oxu.az