Kriminal

Bakıda AĞIR QƏZA: Piyada öldü

24 Aug 2026, 09:32 3 baxış
Bakıda AĞIR QƏZA: Piyada öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Elvin Tofiq oğlu Cəlilov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə yanacaqdoldurma məntəqəsinin yanında üzü şəhər istiqamətində hərəkətdə olan zaman yolu sağdan sola keçmək istəyən piyada, 1966-cı il təvəllüdlü Mehriban Bəşir qızı Nağıyevanı vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər