Digər
"Sənaye 4.0" layihələrinin icra statusu
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə "Sənaye 4.0" proqramı çərçivəsində həyata keçirilən əməkdaşlıq nəticəsində METAK MMC-də rəqəmsal transformasiya istiqamətində konkret nəticələr əldə edilib. Bu əməkdaşlığın mühüm nəticələrindən biri kimi, şirkətimizdə texniki xidmət və təmir proseslərinin idarə edilməsi artıq rəqəmsallaşdırılıb. Hazırda "Polad boru və profil istehsalında soyutma, yağlama və filtrasiya sisteminin avtomatlaşdırılması" layihəsinin icrası məqsədilə METAK MMC ilə Şimali Makedoniyanın "Craft Solutions DOOEL Skopje" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb və müvafiq avadanlıqlar sifariş edilib. Bununla yanaşı, vibrasiyaya əsaslanan proqnozlaşdırıcı texniki xidmət, istehsal parametrlərinin avtomatik idarə olunması, anbarlarda barkodla izləmə, hazır məhsulların rəqəmsal keyfiyyət nəzarəti və qaynaq prosesinin robot texnologiyası ilə avtomatlaşdırılması kimi digər prioritet layihələrin icrası mərhələli şəkildə davam etdirilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az