Cəmiyyət
Kərə yağı azaldı, palma yağı idxalında REKORD ARTIM: Azərbaycanda nə baş verir? - VİDEO
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə və süddən hazırlanan digər yağların həcmi 9.3 faiz və ya 1 548 ton azalaraq aşağı düşüb. Maraqlıdır ki, həmin dövrdə ölkədə kərə yağı istehsalında da artım qeydə alınmayıb. Əksinə, istehsal təxminən 10 faiz azalıb. Eyni dövrdə ölkəyə gətirilən bitki və heyvan mənşəli piy və yağların həcmi isə 17.8 faiz və ya 15 769 ton artıb. Belə yağların idxal həcmi kərə yağı idxalından təxminən yeddi dəfə çox olub.
Qeyd edək ki, palma yağı və onun bərk fraksiyaları da bu mal qrupuna daxildir. Təkcə 2026-cı ilin ilk yarısında ölkəyə 14 592.7 ton palma yağı və onun bərk fraksiyaları idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19.5 dəfə çoxdur. Bəs kərə yağı idxalı və yerli istehsal azaldığı halda digər yağların, xüsusilə palma yağının idxalının kəskin artması nə ilə izah olunur? İqtisadçı Eyyub Kərimli bildirir ki, bu tendensiya bazarda daha bahalı südmənşəli yağlardan daha ucuz bitkimənşəli yağlara doğru müəyyən struktur dəyişikliyinin baş verdiyini göstərir. Onun sözlərinə görə, bu, bitki yağlarının müəyyən seqmentlərdə südmənşəli yağları sıxışdırması ehtimalını gücləndirir. Ekspert Baku TV-yə bildirib ki, söhbət kərə yağı və digər südmənşəli məhsulların palma yağı ilə tam əvəzlənməsindən getmir. Belə ki, qida sənayesində, xüsusilə şirniyyat istehsalında maya dəyərinin aşağı salınması məqsədilə südmənşəli yağların əvəzinə bitki yağlarından istifadə oluna bilər. Bu da öz növbəsində palma yağına tələbatın artmasına səbəb olur. Digər tərəfdən, 2026-cı ildə kərə yağı idxalında bahalaşma da müşahidə olunmayıb. Əksinə, qiymət aşağı düşüb. Belə ki, yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə yağının bir kiloqramının orta qiyməti 6.3 ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 7.3 faiz azdır.

Mənbə
oxu.az