İdman

Azərbaycan güləşçiləri dünya çempionatını doqquz medalla başa vurdular

23 Aug 2026, 23:30 3 baxış
Azərbaycan güləşçiləri dünya çempionatını doqquz medalla başa vurdular
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U20 dünya çempionatının sonuncu yarış günündə 70, 74, 97 və 125 kq çəki dərəcələrində medalçılar müəyyənləşib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Hacı Kərimov (70 kq) finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşıb. Rəqibinə 3:7 hesabı ilə məğlub olan Hacı gümüş medal qazanıb. Yusif Dursunov (125 kq) isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Aleksandre Abramişvili ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən Yusif sonadək üstünlüyünü qoruyub və 6:0 hesablı qələbə qazanaraq dünya çempionatının bürünc medalına sahib olub. Beləliklə, Azərbaycan güləşçiləri U20 dünya çempionatını 9 medalla (1 qızıl, 4 gümüş, 4 bürünc) başa vurublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər