İdman

"Liverpul" son saniyələrdə məğlubiyyətdən xilas oldu

23 Aug 2026, 23:12 3 baxış
"Liverpul" son saniyələrdə məğlubiyyətdən xilas oldu
2026/2027 mövsümü üzrə İngiltərə Premyer Liqasının 1-ci turunda "Nyukasl Yunayted" doğma meydanda "Liverpul"u qəbul edib. Oxu.Az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Matçda hesabı artıq 5-ci dəqiqədə "Nyukasl"ın vingeri Entoni Elanqa açıb. "Liverpul" ikinci hissənin əvvəlində cavab verib. 55-ci dəqiqədə Kodi Qakpo hesabı 1:1 edib. Cəmi iki dəqiqə sonra, 57-ci dəqiqədə Co Villok "Nyukasl"ı yenidən önə keçirib. "Liverpul" məğlubiyyətdən yalnız görüşün son saniyələrində xilas olub. 90+9-cu dəqiqədə Dominik Soboslay penaltini dəqiq yerinə yetirərək hesabı 2:2 edib. Ötən mövsüm "Nyukasl Yunayted" 49 xalla APL-də 12-ci, "Liverpul" isə 60 xalla 5-ci yeri tutub. Növbəti turda "Nyukasl Yunayted" avqustun 29-da səfərdə "Tottenhem"lə, "Liverpul" isə həmin gün evdə "Nottingem Forest"lə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər