Dünya

SEPAH ABŞ sanksiyalarına meydan oxudu: İran ticarəti davam etdirəcək

24 Aug 2026, 00:48 2 baxış
SEPAH ABŞ sanksiyalarına meydan oxudu: İran ticarəti davam etdirəcək
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ tərəfindən tətbiq edilən iqtisadi təzyiqlərə cavab olaraq tədbirlər kompleksi hazırlayıb və Vaşinqtonun sanksiyalarına baxmayaraq, xarici ticarəti davam etdirmək iqtidarında olduğunu açıqlayıb. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə SEPAH sözçüsü Mohebbi bildirib. Onun sözlərinə görə, Tehran "düşmənin hər bir düşmənçilik əməlinə, o cümlədən İrana qarşı başladılmış iqtisadi müharibənin mənfi fəsadlarına qarşı mübarizə planlarına" dair hazır ssenarilərinin olduğunu dəfələrlə bəyan edib. Mohebbi ABŞ Prezidenti Donald Trampın yeni iqtisadi kampaniyaya başlanılması barədə bəyanatını Vaşinqtonun hərbi məğlubiyyətini dolayısı ilə etiraf etməsi kimi qiymətləndirib. SEPAH sözçüsü vurğulayıb ki, İran iqtisadi əməkdaşlığı ABŞ-nin "burnunun ucunda" həyata keçirir, Amerika məhdudiyyətlərini uğurla yan keçir və bu fəaliyyətin nəticələri yaxın gələcəkdə bəlli olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər