Kriminal
İsmayıllıda iki avtomobil toqquşdu: Dörd nəfər yaralandı - FOTO
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb. Belə ki, "Niva" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüblər. Hadisənin səbəbləri araşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az