İdman
"Neftçi" "Araz-Naxçıvan"ı darmadağın etdi
“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda “Araz-Naxçıvan”ı darmadağın edib.
Axar.az xəbər verir ki, “Palms Sports Arena”da keçirilən qarşılaşma “ağ-qaralar”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Breno Almeyda (2), Falaye Sako, İqor Ribeyro və Endryu Qraviyon vurublar.
Bu nəticə ilə xallarını 6-ya çatdıran “Neftçi” liderliyə yüksəlib. İkinci pillədə qərarlaşan “Zirə”nin də 6 xalı var. “Araz-Naxçıvan” isə 1 xalla 9-cu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şəfa” səfərdə “Qəbələ”yə 1:0, “Zirə” evdə “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.
“Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” görüşləri isə avrokuboklara görə təxirə salınıb.
Mənbə
axar.az