Dünya
Hakerlər Britaniyada elektrik stansiyasını bir neçə günlük sıradan çıxarıblar
Hakerlər Böyük Britaniyada yerləşən elektrik stansiyalarından birinin fəaliyyətini bir neçə günlüyə iflic ediblər. Oxu.Az bildirir ki, bu barədə "The Telegraph" qəzeti öz mənbələrinə istinadən xəbər verib. Jurnalistlərin sözlərinə görə, insident hələ iyul ayında baş verib. Materialda Birləşmiş Krallığın enerji infrastrukturuna kiberhücumun İranla əlaqəli şəxslər tərəfindən həyata keçirildiyi iddia olunur. Rəsmi səviyyədə bu məlumat təsdiqlənməyib. "İran misilsiz hücum nəticəsində Böyük Britaniya elektrik stansiyasını dörd gün müddətinə sıradan çıxarıb", - deyə məlumatda qeyd olunur. Ümumilikdə bu insident krallıqda elektrik enerjisinin istehsalına və təchizatına təsir göstərməyib.
Mənbə
oxu.az