İdman
Teofimo Lopes üç fərqli çəkidə dünya çempionu oldu
Amerikalı boksçu Teofimo Lopes Las-Veqasda keçirilən turnirin əsas döyüşündə WBA versiyası üzrə yarımorta çəki dərəcəsində dünya çempionu Rolando Romeronu məğlub edib. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, Lopes hakimlərin əksəriyyətinin qərarı ilə qələbə qazanaraq üçüncü çəki dərəcəsində dünya çempionu tituluna yiyələnib. 29 yaşlı Lopes bundan əvvəlki döyüşünü 2026-cı ilin yanvarında keçirib və Şakur Stivensona məğlub olub. Romero isə 2025-ci ilin mayında titul döyüşündə Rayan Qarsiyaya qalib gəlib. Qeyd edək ki, Teofimo Lopes daha əvvəl yüngül və birinci yarımorta çəki dərəcələrində dünya çempionu kəmərlərinə sahib olub.
Mənbə
oxu.az