Dünya

ABŞ-də alov sürətlə yayılır: Min ev təhlükə altında - VİDEO

23 Aug 2026, 12:00 4 baxış
ABŞ-də alov sürətlə yayılır: Min ev təhlükə altında - VİDEO
ABŞ-nin Nevada ştatının şimalında təbii yanğın tüğyan edir. Bir gün ərzində yanğının sahəsi 3 200 hektara qədər genişlənib. Oxu.Az "ABC News" telekanalına istinadən xəbər verir ki, "Hawk" adını alan təbii yanğın Rino şəhəri yaxınlığında başlayıb.

Alov təxminən 1 000 evi təhlükə altına qoyub. Bununla əlaqədar bəzi rayonların sakinlərinin təxliyəsi elan edilib. Güclü külək yanğının söndürülməsini çətinləşdirir. "Külək səbəbindən alov çox sürətlə yaşayış məntəqələrimizə tərəf hərəkət edir, bu da yanğınsöndürənlərimiz üçün çoxlu çətinliklər yaradır", - deyə yerli yanğınsöndürmə xidmətinin rəhbəri Riçard Edvards bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər