Siyasət
Avrasiyada güc balansı DƏYİŞİR: Bakı və Daşkənd yeni mərhələdə
"44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər və suverenliyin tam bərpa edilməsi nəticəsində Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi reallıqlar Avrasiya məkanında güclər nisbətini köklü şəkildə dəyişmiş, qütblərarası ziddiyyətlərin dərinləşməsi fonunda Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının qovşağında formalaşan yeni geostrateji reallıqlar Bakı və Daşkənd arasında münasibətləri keyfiyyətcə daha üstün institusional mərhələyə çıxarıb". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin Özbəkistana səfərini şərh edərkən deyib.
O bildirib ki, əvvəllər daha çox regional çərçivədə qəbul edilən Cənubi Qafqazın hazırda Mərkəzi Asiyanın Avropaya və beynəlxalq bazarlara çıxışını təmin edən etibarlı geoiqtisadi körpüyə çevrilməsi müasir beynəlxalq hüququn suveren bərabərlik, ərazi bütövlüyü və milli maraqlara qarşılıqlı hörmət prinsiplərinə söykənən bu tərəfdaşlığa da təsirini göstərərək xarakterik olaraq ikitərəfli müstəvidən regional inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir: "Bu çərçivədə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv seçilməsi ilə əvvəlki "C5" formatının faktiki olaraq "C6" səviyyəsinə yüksəlməsi beynəlxalq hüquq baxımından Avrasiya daxilində yeni regional dialoq və strateji tərəfdaşlıq modelinin rəsmiləşməsidir. Beynəlxalq hüquq müstəvisində Azərbaycan və Özbəkistanın BMT, İƏT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda nümayiş etdirdiyi birgə mövqe qlobal qərarqəbuletmə mexanizmlərində hər iki dövlətin siyasi çəkisini artırır. Xüsusilə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsiplərin qorunması və beynəlxalq hüququn ikili standartlardan azad tətbiqi istiqamətində Bakı ilə Daşkəndin vahid cəbhədən çıxış etməsi strateji tərəfdaşlığın institusional möhkəmliyini göstərir. İqtisadi diplomatiyanın hüquqi çərçivəyə salınması istiqamətində səylər, bu çərçivədə artıq ənənəvi xarakter almış Azərbaycan-Özbəkistan Regionlararası Forumları, "Yeni Daşkənd" kimi irimiqyaslı infrastrukturların öyrənilməsi və Buxara kimi tarixi-mədəni mərkəzlərlə qurulan təmaslar, mərkəzi hakimiyyət orqanları ilə yanaşı, hər iki ölkənin regional inzibati vahidlərinin, bələdiyyələrinin və işgüzar dairələrinin birbaşa əməkdaşlığına imkan verən mexanizmlərə müraciət edilməsi iqtisadi inteqrasiyanın şaxələnməsini təmin edir, investisiya və şəhərsalma sahəsində qarşılıqlı hüquqi-müqavilə bazasının genişləndirilməsinə xidmət edir. Mövcud mənzərə göstərir ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi hücumameyilli diplomatik strategiya və regional inteqrasiya xətti Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik münasibətlərini keyfiyyətcə yeniləmiş, Orta Dəhlizin strateji əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan və Özbəkistan arasında formalaşan bu çoxşaxəli platforma regional sabitliyin, təhlükəsizliyin və uzunmüddətli iqtisadi tərəqqinin əsas hüquqi-siyasi zəmanətçisi kimi çıxış edir".

Mənbə
oxu.az
Oxşar Xəbərlər