Digər
Buna görə dünyanın atom bombasına istəyi artdı - Rzayi
ABŞ Prezidenti Donald Trampın İrana hücum etmək fikrindən sonra dünyanın atom bombasına olan istəyi artıb.
Axar.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
Rzayi qeyd edib ki, Vaşinqton öz siyasəti ilə dünyada nüvə təhlükəsizliyi əvəzinə qeyri-sabitlik yaradıb.
"Amerikalılar danışıqlara və diplomatiyaya xəyanət ediblər. Hətta İranla ikitərəfli anlaşma memorandumunda üzərlərinə götürdükləri öhdəlikləri də pozublar. Bu səbəbdən İranın hərbi strategiyası və diplomatiyasında dəyişikliklər baş verəcək", - deyə o əlavə edib.
Mənbə
axar.az