Digər

Pxenyanın raketlərinin hara düşəcəyini heç kim bilmir

23 Aug 2026, 10:27 3 baxış
Pxenyanın raketlərinin hara düşəcəyini heç kim bilmir

Rusiya Şimali Koreyanın KN-30 raketindən onun etibarlılığını və effektivliyini yoxlamaq üçün istifadə etməyi planlaşdırır.


Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksey Getman deyib.


O qeyd edib ki, Şimali Koreyanın KN-23 və KN-24 raketləri artıq Ukraynaya zərbələr endirmək üçün istifadə olunub, lakin sonradan onlar barədə daha məlumat olmayıb:


“Onlar aşağı effektivlik göstərdilər. Yayınma rekord həddə idi – hədəfdən 15 kilometr kənara düşürdülər. Yəni raketlər var, amma onlardan heç bir fayda yoxdur. Ən yaxşı halda təhlükə yaradırlar: raketin hara düşəcəyini heç kim bilmir”.


Getmanın sözlərinə görə, bu raketlər sonradan təkmilləşdirilib:


“İndi yazırlar ki, dəqiqlik, yəni ehtimal olunan dairəvi yayınma 10 metrdir. Buna inanmaq çətindir, amma raketin daha dəqiq olduğu faktdır. Onlar artıq bu raketləri bizə qarşı buraxıblar. Biz raketlərin qalıqlarını gördük, onları təhlil etdik və araşdırdıq”.

Mənbə axar.az

Oxşar Xəbərlər