Cəmiyyət

Göyçayda ağır qəza: 2 ölü, 2 yaralı

23 Aug 2026, 10:52 3 baxış
Göyçayda ağır qəza: 2 ölü, 2 yaralı

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.


İlkin məlumata görə, "Kia" və VAZ-2106 markalı avtomobillər toqquşub.


Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər