Digər
Bu türk ölkəsində parlament seçkiləri keçirilir
Qazaxıstanda birpalatalı parlamentə - Qurultaya növbədənkənar seçkilər keçirilir.
Axar.az xəbər verir ki, ölkə üzrə ümumilikdə 10 423 seçki məntəqəsi fəaliyyət göstərir.
Onlardan 79-u 61 xarici dövlətdəki Qazaxıstan nümayəndəliklərinin nəzdində yaradılıb.
Səsvermə səhər yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 06:00) başlayıb və saat 20:00-dək (Bakı vaxtı ilə 19:00 ) davam edəcək.
Seçkilərdə 12 605 788 seçicinin səs verməsi gözlənilir.
Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır: “Ədalət”, “Aul”, “Baytak”, “Ak Jol”, Ümumrespublika Sosial-Demokrat Partiyası (OSDP), Xalq Partiyası (NPK) və “Respublica”.
Mənbə
axar.az