Dünya

Rusiyada "Ozon" anbarı dron hücumuna məruz qalıb: Yüzlərlə insan təxliyə olunub - VİDEO

23 Aug 2026, 11:00 4 baxış
Rusiyada "Ozon" anbarı dron hücumuna məruz qalıb: Yüzlərlə insan təxliyə olunub - VİDEO
Rusiyanın Orenburq şəhərində pilotsuz uçuş aparatının (PUA) qalıqları "Ozon" şirkətinin logistika kompleksinin ərazisinə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə şəhər rəhbəri Albert Yumaşev "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, dronlar sənaye müəssisələrinin yerləşdiyi xüsusi iqtisadi zona üzərində vurulub. Yumaşev qeyd edib ki, qalıqların düşməsindən sonra obyektdə yanğın başlayıb. Fövqəladə hallar xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb. "Ozon" şirkətindən verilən məlumatda isə hücumdan sonra logistika mərkəzinin 300-dən çox əməkdaşının təxliyə olunduğu bildirilib. Anbarın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər