Cəmiyyət
Qərbi Abşeron yatağında faciə: Fəhlə qurğunun altında qalıb öldü
Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada iş prosesi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Nizami Ələddin oğlu Abbasov həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə SOCAR AQŞ-dən APA-ya verilən məlumatda qeyd olunub.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində həlak olduğu bildirilir.
Mənbə
axar.az