Digər
İnsanabənzər robotdan tarixi nəticə: 100 metrə 9,32 saniyə - VİDEO
Çinin "Honor" şirkətinin hazırladığı insanabənzər "Lightning" robotu 100 metr məsafəni 9.32 saniyəyə qət edib. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian"a istinadən məlumat yayıb.
Nəticə Pekində keçirilən İkinci Ümumdünya İnsanabənzər Robotlar Oyunlarından əvvəl baş tutan sınaqlar zamanı qeydə alınıb. Məsafə boyunca robot 14.5 m/s (təxminən 52 km/saat) sürət yığıb. "Lightning"in nəticəsi insanlar arasında ən yaxşı göstəricidən - Yamaykalı sprinter Useyn Boltun 16 avqust 2009-cu ildə Berlində keçirilən dünya çempionatında müəyyənləşdirdiyi 9.58 saniyəlik dünya rekordundan cəmi 0.26 saniyə geri qalıb. "Lightning"in boyu 169 sm, ayaqlarının uzunluğu isə 95 sm-dir. Lakin Oyunlardan əvvəl mühəndislər robotun ayaqlarının uzunluğunu 105 sm-ə qədər artırıblar. 2026-cı ilin aprelində həmin robot Pekin yarımarafonunda (21.1 km) 50 dəqiqə 26 saniyə nəticə ilə qalib gəlib. Bu nəticə də insan iştirakçıları arasında qeydə alınan göstəricidən üstün olub. Ümumdünya Oyunlarında "Lightning" 100, 400 və 1 500 metr məsafələr üzrə yarışacaq. Bu il yarışlar tamamilə avtonom rejimdə keçirilir və robotların uzaqdan idarə edilməsinə icazə verilmir. Çin insanabənzər robotları strateji istiqamət kimi nəzərdən keçirir. Ölkə süni intellekt və aparat təminatı sahəsindəki inkişafların bu robotların sənaye, logistika və məişət xidmətlərində tətbiqini sürətləndirəcəyinə ümid edir.

Mənbə
oxu.az