Dünya
"Çelsi"dən Joao Pedro ilə uzunmüddətli müqavilə - FOTO
"Çelsi" rəsmi olaraq Joao Pedro ilə yeni uzunmüddətli müqavilə imzalayıb. Bu barədə Oxu.Az Britball.net-ə istinadən xəbər verir. Məlumata görə, braziliyalı hücumçunun London klubu ilə müqaviləsi artıq 2034-cü ilə qədər nəzərdə tutulub.
Joao Pedro 2025-ci ilin iyul ayında "Brayton"dan "Çelsi"yə keçib və dərhal komandanın uğuruna əhəmiyyətli töhfə verib. Klublararası dünya çempionatında, o, yarımfinalda "Fluminense"yə qarşı oyunda dubl edib, daha sonra finalda PSJ-yə qol vurub. Qeyd edək ki, braziliyalı "zadəganlar"la ilk mövsümündə bütün turnirlərdə 20 qol vurub. Mövsümün sonunda azarkeşlər onu "Çelsi"nin ən yaxşı oyunçusu seçiblər.

Mənbə
oxu.az