Cəmiyyət

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı bu qadağanı ləğv etdi

22 Aug 2026, 20:12 2 baxış
ABŞ Azərbaycan vətəndaşları ilə bağlı bu qadağanı ləğv etdi

ABŞ Federal Məhkəməsi Vaşinqton administrasiyasının Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova da daxil olmaqla, 75 ölkədən olan müraciət edənlərə immiqrant vizalarının verilməsini dayandırmaq barədə əvvəlki qərarını qanunsuz hesab edib.


Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Nyu York Cənub Dairəsi Federal Məhkəməsinin bəyanatında deyilir.


"Məhkəmənin qərarı qeyd olunan 75 ölkədən müraciət edənlərə immiqrant vizalarının verilməsini tamamilə dayandırmaq siyasətini ləğv etməlidir, çünki bu, qanuna ziddir və səlahiyyətlərdən sui-istifadədir", - bəyanatda deyilir.


Xatırladaq ki, Dövlət Departamenti məhdudiyyətləri yanvarda tətbiq edib. Rəsmilər öz haqqlarında siyahıya daxil olan ölkələrdən olan şəxslərin hökumət üçün maliyyə yükü olma və ABŞ-da sosial yardım alma ehtimalının yüksək olduğunu iddia ediblər. Qərar yalnız ABŞ-a daimi giriş üçün nəzərdə tutulmuş immiqrant vizalarına təsir edib və turist və ya digər müvəqqəti vizalara şamil olunmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər