Dünya
Çində iki mindən çox robot yarışır: Maraqlı görüntülər - VİDEO
Çində 16 ölkədən 666 komandanın iştirak etdiyi II Ümumdünya İnsanabənzər Robotlar Yarışının təntənəli açılış mərasimi keçirilib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarışlar Pekində yerləşən Olimpiya Konkisürmə Stadionunda keçirilir.
2 000-dən çox robotun iştirak etdiyi yarışlar avqustun 26-dək davam edəcək. Proqrama top oyunları, qaçış və döyüş növləri daxil olmaqla, 30 idman növü, həmçinin istehsalat və məişət xidmətləri sahələrində 21 yarış növü daxildir. "İntellektual yarış - gələcəyə doğru" şüarı ilə keçirilən yarışlar çərçivəsində ümumilikdə 1 300-ə yaxın müsabiqənin keçirilməsi planlaşdırılır. Açılış mərasimindən əvvəl tamaşaçılar kiçik futbol meydançasında robotların oyununu izləyiblər. Oyundan sonra robot-sprinterlər 400 və 100 metr məsafələrə qaçış yarışlarında iştirak edəcəklər. 2026-cı ildə yarışların proqramına uzunluğa tullanma, ağır atletika, kəndirçəkmə və stolüstü tennis kimi idman növləri də əlavə edilib. Təşkilatçıların fikrincə, qaçan, tullanan və döyüşən robotlar insan müdrikliyi ilə texnologiyanın vəhdətini, ədalətli rəqabət və rəqibə hörmət ruhunu nümayiş etdirir. Yarışların təşkilatçıları Pekin administrasiyası, Çin Media Korporasiyası, Ümumdünya Robototexnika Əməkdaşlığı Təşkilatı və Asiya-Sakit Okean regionunda Robototexnika üzrə Dünya Kubokunun Beynəlxalq Şurasıdır. Yarışların keçirilməsində əsas məqsəd robot texnologiyalarının istehsalatda və insanların gündəlik həyatında daha geniş tətbiqinə imkan yaratmaqdır. Qeyd edək ki, ilk Ümumdünya İnsanabənzər Robotlar Yarışı 15-17 avqust 2025-ci ildə keçirilib. Yarışda təxminən 500 robot və 16 ölkədən 280 komanda iştirak edib.

Mənbə
oxu.az