Digər
İran bu ölkələrdən yeni razılaşmalarla bağlı mesajlar alır
Tehran bir sıra qonşu ölkələrdən yeni təhlükəsizlik razılaşmalarının hazırlanması və iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı mesajlar alıb.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
Onun sözlərinə görə, Tehrana göndərilən mesajlar qonşu dövlətlərin yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasına maraq göstərdiyini ortaya qoyur və bu, regional əməkdaşlıqda yeni mərhələnin başlanmasına zəmin yarada bilər.
Mənbə
axar.az