İdman

"Qəbələ" debütanta məğlub oldu

22 Aug 2026, 20:42 2 baxış
"Qəbələ" debütanta məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.


Axar.az xəbər verir ki, açılış oyununda "Qəbələ” öz meydanında debütant “Şəfa”nı qəbul edib. Görüş qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 69-cu dəqiqədə Mark Quel vurub.


Günün digər matçında isə “Zirə” “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 20:45-də start götürəcək.


Qeyd edək ki, II turun “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” matçları avrokuboklara görə təxirə salınıb.


Tura avqustun 23-də 2 oyunla yekun vurulacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər