Digər

Rusiyanın ən iri neft emalı müəssisələrindən biri vuruldu

22 Aug 2026, 14:31 1 baxış
Rusiyanın ən iri neft emalı müəssisələrindən biri vuruldu

Ukrayna ordusu avqustun 22-nə keçən gecə Rusiyanın Samara vilayətində yerləşən "Novokuybışevsk" neft emalı zavodunun (NEZ) obyektlərini vurub.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.


Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.


Qeyd edək ki, "Novokuybışevsk" NEZ "Rosneft" SC-nin tərkibinə daxildir və Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Onun gücü ildə təxminən 8,8 milyon ton neft təşkil edir.


Müəssisə avtomobil və aviasiya yanacağı, dizel yanacağı və sürtkü materiallarının komponentləri daxil olmaqla, 20-dən çox növdə məhsul istehsal edir.

Mənbə axar.az

Oxşar Xəbərlər