Dünya

ABŞ ordusuna məxsus təyyarə Tayvan boğazı üzərində görüldü

22 Aug 2026, 15:26 2 baxış
ABŞ ordusuna məxsus təyyarə Tayvan boğazı üzərində görüldü
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon" patrul təyyarəsi Tayvan boğazı üzərindən beynəlxalq hava məkanında uçuş həyata keçirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasına istinadən məlumat verib. Qeyd edək ki, daha əvvəl Tayvan ABŞ ilə gizli hərbi əməkdaşlığının detallarını açıqlayaraq ABŞ hərbçilərinin adaya döyüş təcrübəsi mübadiləsinə və Çinlə mümkün münaqişəyə hazırlığı artırmağa kömək etdiklərini bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər