Digər

Türkiyədə helikopter qəzaya uğradı

22 Aug 2026, 15:31 3 baxış
Türkiyədə helikopter qəzaya uğradı

Türkiyənin Giresun vilayətinin Piraziz rayonuna bağlı Dərəgözü kəndində yüksək gərginlikli elektrik xətləri ilə bağlı işlər aparan helikopter naməlum səbəbdən qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Helikopterdə olan ekipaj üzvlərinin sayının bəlli olmadığı bildirilib.


Məlumata görə, Giresun valisi Mustafa Koç hadisə baş verən əraziyə gedib.


Bölgəyə axtarış-xilasetmə qrupları da göndərilib.

Mənbə axar.az

Oxşar Xəbərlər