Cəmiyyət
Sumqayıtda evdə baş verən yanğın söndürüldü
15:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Axar.az-a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
***
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 120kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Mənbə
axar.az