Dünya
Türkiyədə helikopter qəzaya uğradı
Türkiyənin Giresun bölgəsində helikopter qəzası baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Helikopter yüksəkgərginlikli xəttlərdə təmir işləri aparılması məqsədilə əraziyə cəlb edilib və elektrik şirkətinə məxsus olub. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Helikopterdə neçə nəfərin olduğu barədə məlumat verilməyib.
Mənbə
oxu.az