Digər
Rusiya "Avrora"nın paylama mərkəzinə zərbə endirdi
Rusiyanın hücumu nəticəsində Ukraynada "Avrora" mağazalar şəbəkəsinin paylama mərkəzi zədələnib.
Axar.az xəbər verir ki, bu barədə şirkətin İnstaqram hesabında məlumat paylaşılıb.
Bildirilib ki, zərbələr zamanı bütün əməkdaşlar sığınacaqda olub.
"Hadisə yerində müvafiq xidmətlər işləyir. Hazırda dəyən ziyanın miqyasını qiymətləndiririk. "Avrora" mağazalar şəbəkəsi adi rejimdə fəaliyyətini davam etdirir", - məlumatda qeyd olunub.
Mənbə
axar.az