Digər

Fransada seçkilər NATO üçün "kabusa" çevrilə bilər - İddia

22 Aug 2026, 09:43 1 baxış
Fransada seçkilər NATO üçün "kabusa" çevrilə bilər - İddia

NATO Fransada 2027-ci ilin yazına planlaşdırılan prezident seçkilərindən sonra növbəti dövlət başçısının ölkənin ittifaqdakı iştirakını zəiflədə biləcəyindən, hətta hərbi strukturlarından çıxacağından ehtiyat edir.


Axar.az xəbər verir ki, bu barədə "Politiko"nun məlumatında deyilir.


Qeyd edilir ki, son sorğulara görə, fransalı seçicilərinin təxminən yarısı NATO-ya tənqidi yanaşan radikal namizədləri dəstəkləyir. Bunlara Parisi blokun vahid komandanlığından çıxarmaq istəyən ifrat sağçı “Milli Birlik” partiyasından Marin Le Pen və ittifaqdan çıxmaq istədiyini bildirən ifrat solçu lider Jan-Lük Melanşon daxildir.


Ekspertlər hesab edirlər ki, Fransanın NATO-nun hərbi strukturlarından çıxması ittifaqda şok dalğaları yaradacaq, Rumıniya və Estoniyada Fransa qoşunlarının yerləşdirilməsini şübhə altına alacaq, vacib hərbi texnikaya çıxışı məhdudlaşdıracaq və 32 üzv arasında hərbi koordinasiyanı zəiflədəcək.


Məqalədə vurğulanır ki, Donald Trampın prezidentliyi dövründə ABŞ Avropadakı qüvvələrini azaltmağa başlayıb və digər müttəfiqləri Rusiyanın bu onillikdə ittifaqa hücum edə biləcəyi barədə xəbərdarlıqlara cavab olaraq öz müdafiələrini tələsik gücləndirməyə məcbur edib.

Mənbə axar.az

Oxşar Xəbərlər