Kriminal

Zaqatalada AĞIR QƏZA: Sürücü yanaraq öldü

22 Aug 2026, 09:30 2 baxış
Zaqatalada AĞIR QƏZA: Sürücü yanaraq öldü
Zaqatalada VAZ-21099 markalı avtomobil ağaca çırpılıb. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndinin girişində baş verib. Belə ki, Əfqan Əfəndi oğlu Mülkümovun idarə etdiyi VAZ-21099 markalı 62-BM-725 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbi ilə yol kənarındakı ağaca çırpılıb. Qəzadan sonra avtomobil yanmağa başlayıb. Sürücü Ə.Mülkümov sükan arxasında qəza zamanı aldığı ağır xəsarətlər sonrası avtomobildə baş verən yanğında faciəli şəkildə ölüb. Avtomobil Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Ə.Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı müvafiq qurumlarda araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər