Digər
Rusiyanın Krivoy Roqa zərbəsi: ölənlərin sayı artdı
Rusiya PUA-larının Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə endirdiyi zərbə nəticəsində azı 16 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja Teleqram kanalında məlumat paylaşıb.
O qeyd edib ki, zərbələr nəticəsində 23-ü uşaq olmaqla, azı 130 nəfər xəsarət alıb.
Mənbə
axar.az