Digər
1640-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1640-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 215 648 PUA-sı, 669 zenit-raket kompleksi, 30 672 tank və digər zirehli texnikası, 1 774 reaktiv yaylım atəş sistemi, 36 224 artilleriya və minaatanı, 69 823 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az