Dünya

Rusiyada ata yol qaydalarını pozan oğlunun avtomobilini qəsdən yandırdı - VİDEO

21 Aug 2026, 17:18 1 baxış
Rusiyada ata yol qaydalarını pozan oğlunun avtomobilini qəsdən yandırdı - VİDEO
Rusiyanın Blaqoveşensk şəhərində ata yol hərəkəti qaydalarını (YHQ) davamlı olaraq pozduğuna görə oğlunun avtomobilini yandırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata əsasən, 50 yaşlı kişi övladının mütəmadi olaraq YHQ-ni pozmasından bezib və problemi radikal yolla həll etmək qərarına gəlib. O, avtomobili planlaşdırdığı yanğın yerinə sürüb, paltarını dəyişərək maşına od vurub Hadisə yerinə cəlb edilən əməliyyatçılar həmin şəxsi saxlayıblar. Keçirilən axtarış tədbirləri nəticəsində atanın yanğın törədərkən istifadə etdiyi paltar aşkar edilib. Hüquq-mühafizə orqanlarının təmsilçiləri Blaqoveşensk sakininə məxsus əşyaları və yandırılmış maşını maddi sübut qismində müsadirə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər