Cəmiyyət
Mikayıl Müşfiq küçəsində hərəkət təhlükəsizliyi üçün hansı addımlar atılmalıdır? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Mikayıl Müşfiq küçəsi, "Qurd qapısı" istiqamətində sürücüləri çətin vəziyyətə salan yol infrastrukturundakı problemlər barədə məlumat verilib. Bildirilib ki, əvvəldə normal ölçülərlə başlayan sağ zolaq döngədə xeyli daralaraq heç bir standarta cavab vermir. Nəticədə, həmin zolaqda manevr edən avtomobillər sol tərəfdəki nəqliyyat vasitələrini sıxmağa məcbur olur.
Digər təhlükə isə irəlidəki dairədə yaşanır: Badamdar istiqamətindən gəlib geriyə dönən sürücülər sağdan gələn axına yol verməli olduqları halda Mikayıl Müşfiq küçəsindəki fasiləsiz hərəkət səbəbindən tez-tez təhlükəli manevrlər edirlər. Vurğulanıb ki, sözügedən ərazidə təhlükəsizliyin təmin edilməsi üçün dairənin işıqforla tənzimlənməsi məqsədəuyğundur. Daralan sağ zolaq isə ya səki hesabına genişləndirilməli, ya da ləğv edilərək ərazidə zolağın daralmasını bildirən müvafiq yol nişanı qoyulmalıdır.

Mənbə
oxu.az