Dünya
Alimlər Günəşdə güclü partlayış qeydə alıblar - Maqnit fırtınası təhlükəsi
Avqustun 21-də tədqiqatçılar tərəfindən Günəş səthində gücünə görə sondan əvvəlki sinfə aid edilən partlayış qeydə alınıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumatına görə, avqustun 21-də Bakı vaxtı ilə saat 13:50-də rentgen diapazonunda M1.6 sinifli partlayış qeydə alınıb. Bildirilir ki, avqustun 20-də Günəşdə eyni vaxtda üç M və 16 C sinifli partlayış baş verib. Yaxın günlərdə isə ən yüksək olan X sinfinə aid partlayışların olması ehtimal edilir. Alimlər xatırladıblar ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə təsnif edilir və beş kateqoriyaya (A, B, C, M və X) bölünür. Ən minimal A0.0 sinfi Yer orbitində hər kvadrat metrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər növbəti sinfə keçid zamanı bu güc on dəfə artır. Mütəxəssislər həmçinin vurğulayıblar ki, bu cür partlayışlar plazma atılmaları ilə müşayiət oluna bilər. Həmin plazma buludları Yerə çatdığı təqdirdə, planetimizdə maqnit fırtınalarının yaranmasına səbəb ola bilərlər.
Mənbə
oxu.az